Mikayıl Müşfiq-110


16.01.2019 2537


“Azərmarka” MMC  “Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi” münasibətilə poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının ölçüsü: 37x52 mm, tiraji isə 100 min nüsxə təşkil edir. Layihə rəssam Vüqar Əyyubova məxsusdur.  

Şair Mikayıl Müşfiqə həsr olunan poçt markası Bobruysk Integrated Printing House çap evində işiq üzü görüb. 

Mikayıl Müşfiq Azərbaycanın şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in redaktoru olub. Müşfiqin  Azərbaycan poeziyasının inkişafında rolu danılmazdır. O şeirlərində sevgi və gözəlliyi tərənnüm edir, sosial və mədəni məsələləri daim işiqlandırırdı. Hal-hazırda Mikayıl Müşfiqin yaradıcılığına Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, ABŞ Konqres Kitabxanası, Belarus Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Estoniya Milli Kitabxanası kimi dünya kitabxanlarında rast gəlmək olar.

2018-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 2008-ci ildə Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibətilə də poçt markası dövriyyəyə buraxılıb.



Onlayn konsultasiya