Onlar uşaqlarını poçtla göndərirdilər


09.01.2019 411


XX əsrin əvvəllərində ABŞ-da uşaqları poçtla göndərirdilər.

Bu xidmətin dəyəri bir dollardan az idi və qatar qiymətindən 10 dəfə ucuz başa gəlirdi.

Göndəriləcək uşağı xüsusi poçt çantasına qoyur, paltarına möhür vurur və nəzərdə tutulan ünvana çatdırılırdı. Yol boyu isə poçt kuryerləri uşaqların qayğısına qalırdı. 1913-cü ildə ABŞ-da “Poçt haqqında qanun” qüvvəyə mindi. Bu qanun ölkə iqtisadiyyatı üçün yaxşı stimul oldu. Amerikalılar poçt vasitəsilə ərzaq, paltar, buğda, tütün və dərman ala bilirdilər. Amma qanunvericilik hər şeyi düşünmədiyi üçün hiyləgər iqtisadçilar bundan istifadə etdilər.

Poçt çəkisi 22.68 kq-a qədər olan canlıları da çatdıra bilirdi. Bu ona görə edilmişdi ki, kənd sakinləri poçtla ev quşları göndərə bilsinlər. Amma formal olaraq şərtlər balaca uşaqlara da uyğun gəlirdi.

1913-cü ilin yanvar ayında Biql ailəsi kənd poçtu ilə övladlarını nənələrinin yanına göndərdilər. Xidmətdən istifadə onlara 15 sentə başa gəldi. Yük isə 50 dollara sığortalanmışdı. Bu, poçt vasitəsilə göndərilən ilk uşaq idi. 27 yanvar tarixində isə Savis ailəsi də Pensilvaniyadan qızlarını Şarpsvill şəhərinə göndərdilər. Bu xidmət onlara 45 sentə başa gəldi.

1913-cü ildə bunu qadağan etmək istədilər və uşaqların arı, böcək, heyvan olmadığını bildirdilər. Amma yenə də valideynlər uşaqlarını poçtla göndərməyə davam edirdilər.

1914-cü ildə Amerikanın baş poçtmeysteri general Albert Sidney Berlizon poçt işçilərinə uşaq daşımağı qadağan edən qanun qəbul etdi. Göndərişin qanunla qadağan olunmasına baxmayaraq amerikalılar 1920-ci ilə qədər uşaqlarını poçt vasitəsilə göndərməyə davam etdilər.



Onlayn konsultasiya