Yaponiya poçtu dronlardan istifadəyə başlayıb


07.01.2019 2244


Yaponiyanın “Japan Post” poçt operatoru Fukisima prefekturasında əməkdaş çatışmazlığı ilə əlaqədar olaraq sənədləri pilotsuz uçan aparatlarla çatdırmağa başlayıb.

Poçt operatoru sənədlərin çatdırılması üçün dronların sınaqlarına keçən ilin sonundan başlayıb. Ötən ilin son günlərində Minamisoma və Nami şəhərləri arasında yeni illə bağlı yazılan açıqcaları 9 km məsafədə dronlar çatdırıb. Uçuş müddəti 15 dəqiqə təşkil edib. Hazırda şirkət poçt dronlarından müntəzəm istifadə etmək niyyətindədir.

“Japan Post” saatda 54 km sürətlə hərəkət etməklə 2 kq ağırlığında yük daşıya bilən dronlardan istifadə edəcək. Əvvəlcə operator poçt və reklam bukletlərini çatdırmağı, gələcəkdə isə sənədlərlə işləməyi planlaşdırır.

Qeyd edək ki, ötən ilin sonuna qədər Yaponiya qanunvericiliyi poçt daşınmasında dronlardan istifadəni qadağan edirdi.



Onlayn konsultasiya