“Böyük və kiçik heyvanlar” adlı poçt markaları dövriyyədə


03.01.2019 374


“Böyük və kiçik heyvanlar” adlı poçt markalarında böyük heyvanların  və  onların balalarının təsvirləri əks olunub. Heyvan təsvirlərinə xüsusi önəm verən filatelistlərin nəzərinə çatdıraq ki, yeni markalarda Rotşild zürafəsi, adi şimpanze, hind kərgədanı, ikibarmaq ərincək (unau) şəkillərdə tarixiləşdirilib.

Əlavə olaraq poçt markalarının dövriyyəyə buraxıldığı gün Varşava şəhəri üçün “İlk gün” zərfi hazırlanıb və üzərinə xüsusi həkketmə həyata keçirilib.  

Markalar eyni seriyadan 4 forma üzrə hazırlanıb. “Böyük və kiçik heyvanlar” ın  tirajı 264 min nüsxə təşkil edir.

Layihənin müəllifi rəssam-dizayner Andrzej Gosikdir.



Onlayn konsultasiya