|
"Azərpoçt" DM-in Baş İdarəsinin strukturu FACP Şirkətinin məsləhətçiləri tərəfindən bank-maliyyə xidmətlərinin həyata keçirilməsinə uyğun olaraq hazırlanmış və RİTN-in 11.06.2007-ci il tarixli 103 saylı əmri ilə təsdiq edilmişdir.
Yeni strukturda "Azərpoçt" DM-də 20 şöbə fəaliyyət göstərir ki, onlardan da 10 şöbə poçt-maliyyə xidmətlərinin həyata keçirilməsi ilə və müəssisənin bazar və müştəri yönümlü yeni struktura keçidi ilə əlaqədar olaraq tam yeni yaradılmışdır. Bundan əlavə, "Azərpoçt" DM-nin maliyyə xidmətlərini həyata keçirməyə başlamasını, həmçinin Azərbaycan Respublikası Milli Bankının Korporativ İdarəetmə Standartlarının tələblərini nəzərə alaraq, "Azərpoçt" DM-nin rəhbər şəxslərindən ibarət olacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək Risk Komitəsi, İnsan Resursları Komitəsi və İnformasiya Texnologiyaları Komitəsi yaradılmışdır. |