Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
Artıq "Azərpoçt" MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərini həyata keçirə bilərsiniz.
   Online Ödəmələr
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
Beynəlxalq əlaqələr

Azərbaycan Respublikası 1991-ci ildə özünün dövlət müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra poçt sahəsində də beynəlxalq münasibətlər qurulmağa başlamaışdır. Beləliklə, Azərbaycan poçtu dünya poçtuna inteqrasiya yolunda öz uğurlu addımlarını atmışdır və hal-hazırda da atmaqdadır. Dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olunmuşdur. Poçtumuz indiyə qədər bir çox beynəlxalq təşkilatlarla əlaqələr qurur, beynəlxalq tədbirlərdə üzv və ya müşahidəçi kimi fəal iştirak edir.
   
   1993-cü ilin aprel ayında Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlüyünə qəbul olundu. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaratdı.
   
   Bundan başqa, Azərbaycan poçt administrasiyası 1991-ci ilin dekabr ayında Rabitə sahəsində Regional Əməkdaşlıq təşkilatına (RRƏT), 1992-ci ilin noyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ilin yanvar ayında Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), 2001-ci ilin iyun ayında Avrasiya təşkilatına və 2001-ci ilin sentiyabr ayında "POSTEVROPA" təşkilatına qoşularaq bu qurumların işinə öz töhfəsini vermişdir.
   
   2004-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldıqdan sonra beynəlxalq sahədə poçtun fəaliyyəti daha geniş vüsət aldı. Respublikamız müstəqillik əldə etdikdən sonra Azərbaycan poçtunun nümayəndələri Rumıniyanın Buxarest şəhərində keçirilmiş ÜPİ-nin 23-cü Konqresində ilk dəfə olaraq iştirak etdilər və orada böyük nəticələr əldə olundu. Bunlara misal olaraq qanunsuz poçt markalarının buraxılmasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Azərbaycanın ÜPİ-nin ali qanunverici orqanlarından biri olan Administrativ Şuraya üzv seçilməsi və başqalarını göstərmək olar.
   
   Hazırda ÜPİ-nin Administrativ Şurasında üzvlüyə görə Azərbaycan poçtunun üzərinə bir çox öhdəliklər düşür və bunların yerinə yetirilməsi üçün bu qurumun bütün tədbirlərində fəal iştirak edilir. Belə ki, ÜPİ-nin bir çox komissiyalarının, layihə və işçi qruplarının toplantılarında, şuraların sessiyalarında iştirak etmək məqsədi ilə poçt mütəxəssislərindən ibarət nümayəndə heyəti vaxtaşırı ezam olunurlar.
   
   Azərbaycan poçtu hal-hazırda beynəlxalq bağlamaların izlənilməsi üçün ÜPİ-nin İPS sistemi üzrə dünyanın 70- ə qədər ölkəsi və bağlamaların operativ axtarışına dair "Cricket" sorğu sistemi üzrə isə 80-ə qədər ölkəsi ilə əməkdaşlıq edir.
   
   Azərbaycan poçtu sürətli poçt xidməti (EMS) üzrə də beynəlxalq sahədə təqdirəlayiq nəticələr əldə etmişdir. Belə ki, bu xidməti həyata keçirən "Azərpoçt" DM-in filialı olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi göstərdiyi xidmətlərin keyfiyyətini daim yüksəltməyə çalışmış, bu istiqamətdə qlobal işlər görərək, bir sıra uğurlu layihələr həyata keçirmişdir. Bütün bunların nəticəsidir ki, hal-hazırda müəssisə yüksək keyfiyyətli xidmətləri ilə nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də məşhurlaşmışdır. Müəssisəsəyə verilmiş beynəlxalq dərəcəli sertifikatlar da bunu bir daha təsdiqləyir Belə ki, hər il Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır, ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. "Azərekspresspoçt" Rabitə Müəssisəsi 2002-ci ilin yekunlarına görə bürünc, 2003 və 2004-cü illərin yekunlarına görə iki il gümüş, 2005 və 2006-cı illərin yekunlarına görə isə iki il qızıl səviyyə sertifikatlarına layiq görülmüşdür.
   
   "Azərpoçt" DM-in beynəlxalq münasibətlərinin inkişafı istiqamətində növbəti önəmli addım Dünya Bankının maliyyə dəstəyi ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin həyata keçirilməsi olmuşdur. Hazırda bir çox ölkələrin poçt administrasiyaları bu layihə çərçivəsində "Azərpoçt" DM-in əldə etdiyi uğurlarla tanış olmaq və öyrənmək məqsədilə "Azərpoçt" DM-ə səfərlər edirlər.

Alış Satış
0.9984 1.0284
0.7820 0.7860
0.0198 0.0206
SDR 1 SDR 1,1745