Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
Artıq "Azərpoçt" MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərini həyata keçirə bilərsiniz.
   BillPay-Online Ödəmələr
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Dünya Bankının Layihəsi

Dünya Bankının Layihəsi

Son illər ölkə prezidenti tərəfindən həyata keçirilən iqtisadi siyasət kursunun nəticəsində çox böyük inkişafa nail olunmuş, iqtisadiyyatın bütün sahələrində sıçrayışlı artım tendensiyası müşahidə olunmağa başlamışdır. Bu tendensiyanın fonunda poçt sektorunda da yüksək inkişafın əldə olunması bütün rabitəçiləri sevindirir. Artıq əhalinin istifadəsində olan poçt şöbələri vasitəsilə müştərilərə 50-dən artıq müxtəlif xidmətlər təqdim olunur. Xidmət çeşidinin artırılması və yeni xidmətlərin təqdim olunması üçün hər il yeni-yeni poçt şöbələri və poçt agentlikləri açılır, köhnə binalarda yerləşən şöbələr isə müasir üslubda təmir olunaraq əhalinin istifadəsinə verilir. Bu da bir tərəfdən “Azərpoçt” DM-nin gəlirlərinin artmasına imkan verirsə, digər tərəfdən müştərilərin rahatlığına xidmət edir.
24.05.2005-ci il tarixdə Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan və ölkə prezidenti İlham Əliyev tərəfindən 25.08.2005-ci il tarixdə təsdiqlənən "İnkişaf krediti haqqında" Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi) də, ilk növbədə məhz, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, xidmətin keyfiyyətinin qaldırılması və ən nəhayət, elektron hökumətin qurulmasına yardım etmək kimi ali məqsədləri qarşıya qoymuşdur. Ölkə iqtisadiyyatının inkişafı, inkişaf etmiş bazar iqtisadiyyatının formalaşdırılması baxımından da bu layihənin rolu əvəzsizdir.
Layihə - “Azərpoçt” DM-nin mövcud platformasından (şöbə və agentliklərindən, digər cari və potensial imkanlarından) istifadə etməklə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi və yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etməyi nəzərdə tutur. Layihənin həyata keçirilməsində əsas məqsəd kənd yerlərində və kiçik şəhər mərkəzlərində maliyyə xidmətlərindən istifadə imkanlarını təkmilləşdirmək və baza biznes infrastrukturunu yaratmaqla inkişaf və iqtisadi artıma yardım göstərməkdən ibarətdir. Layihənin icrası nəticəsində ölkənin bütün ərazisində (kənd yerləri də daxil olmaqla) vətəndaşlar və müəssisələr üçün "elektron hökumət" adlanan xidmətləri göstərməyə imkan verəcək.
Layihənin həyata keçirilməsini zəruri edən amillər aşağıdakılardır:
- ödəniş sistemləri infrastrukturunun, onun ayrı-ayrı elementlərinin inkişaf etdirildməsi, xüsusilə də, kənd yerlərində yaşayan əhalinin bu infrastruktura sərbəst çıxışının təmin edilməsinə tələbatın artması;
- maliyyə bazarının dayazlığı, maliyyə xidmətləri və kreditlərə çıxış imkanlarının zəifliyi;
- kənd yerlərində və kiçik şəhər mərkəzlərində bank filiallarının sayının azlıq təşkil etməsi və faktiki olaraq əhalinin böyük əksəriyyətinin bank xidmətlərindən kənarda qalması;
- kommunal xidmət haqqlarının yığılmasında mövcud olan qeyri-müəyyənliklər.

Layihənin icrası ilə əlaqədar olaraq “Azərpoçt” platformasının köməyi ilə 3 növ xidmətlərin əhalinin geniş kütləsinin istifadəsinə verilməsi nəzərdə tutulur:
1. Maliyyə xidmətləri - elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər, pul köçürmələr və s.), ödənişlərin toplanması (kommunal xidmətlər üçün ödənişlər, vergilər), depozitlər (müddətsiz və müddətli), digər əmanət xidmətlərinin satışı, mövcud pul köçürmələri sisteminin təkmilləşdirilməsi, debit kartlarının emissiyası (müştərilərin depozitləri əsasında) və s.;
2. Elektron hökumət xidmətləri - yerli və mərkəzi idarəetmə orqanları tərəfindən müxtəlif sertifikatların, biznes və şəxsi sənədlərin verilməsi, yerli və mərkəzi idarəetmə orqanlarına vergilərin, rüsumların və digər haqların ödənilməsi;
3. Elektron biznes xidmətləri - elektron ticərət, kiber-poçt və e-mail ünvanlarının açılması xidməti, internet şəbəkəsinə, məlumatlara və elektron bazalara çıxış.

Alış Satış
0.9896 1.0196
0.7820 0.7860
0.0185 0.0194
SDR 1 SDR 1,1704